Kişi həyat yoldaşını dayanacaqda döydü

Kişi həyat yoldaşını dayanacaqda döydü

Hazırda oxunan: Kişi həyat yoldaşını dayanacaqda döydü
596929
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Abşeron rayonunda kişi həyat yoldaşını küçədə döyüb.

Bizim.Media xəbər verir ki, hadisə rayonun "Atyalı" yaşayış massivindəki avtobus dayanacağında baş verib.

1992-ci il təvəllüdlü Cavid Bəbirov A.Bəbirova ilə 2016-cı ildə ailə həyatı qurub və birgə nikahdan 4 övladları dünyaya gəlib. 2025-ci ildə ailədə narazılıq yarandığı üçün qadın övladlarını da götürüb atasının yaşadığı evə gedib və geri qayıtmayıb. Cavid onun geri qayıtmasını istəsə də, qadın onun bu təklifindən imtina edib.
 

Bir neçə gün öncə qadın 9 yaşlı qızını məktəbdən gətirərkən dayanacaqda Cavidlə rastlaşıb. Cavid uşağı ilə görüşmək istəyəndə qadın buna mane olur və aralarında mübahisə yaranıb. Mübahisə zamanı Cavid dayanacaqda həyat yoldaşını döyərək ona xəsarətlər yetirib.


Hadisə yerinə polis əməkdaşları gəlib və C.Bəbirov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, iş Abşeron Rayon Məhkəməsinə göndərilib. Qarşı tərəf məhkəmə proseslərinə gəlməkdən və ifadə verməkdən imtina etdiyi üçün C.Bəbirov cinayət məsuliyyətindən azad edilib. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO