Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ: İşıq olmayacaq

Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ: İşıq olmayacaq

Hazırda oxunan: Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ: İşıq olmayacaq
596663
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Biləsuvar, Lənkəran və Lerikin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bizim.Media xəbər verir ki, Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq "Biləsuvar" yarımstansiyasından çıxan 10 kV-luq 7 saylı hava xəttində təmir işləri həyata keçiriləcək.

Bununla əlaqədar olaraq saat 11:00-dan 13:00-dək Xırmandalı kəndi ərazisində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Həmçinin Lənkəran EŞ ərazisində 110/35/10 kV-luq "Lənkəran-2" yarımstansiyasından çıxan 10 kV-luq 6 saylı şəhər xətti boyunca ağac budanması və təmir işləri aparılacaq. Buna görə də saat 10:00-dan 13:00-dək şəhər ərazisində Heydər Əliyev prospekti, Paşa Təhməzov, Anar Mahmudov, Balaməmməd, Məhəmməd Əmin Rəsulzadə, Şirəli Axundov, Sahil küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq.

Lerik EŞ ərazisində 110/35/10 kV-luq "Lənkəran-1" yarımstansiyasından çıxan "Hamarat" hava xəttində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 12:00-dək Biləsər, Hamarat, Rvarud, Siyov, Veri kənlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Təmir və ağac budanması işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO