Bəzi ərazilərdə sabah QAZ OLMAYACAQ

Bəzi ərazilərdə sabah QAZ OLMAYACAQ

Hazırda oxunan: Bəzi ərazilərdə sabah QAZ OLMAYACAQ
595350
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fevralın 10-da Sabirabad və Hacıqabul rayonlarının bəzi kənlərində qaz təchizatında fasilə yaranacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
 

Bildirilib ki, “Qaz İxrac” İdarəsi tərəfindən magistiral qaz kəmərində təmir-bərpa və digər texniki işlərin görülməsi ilə əlaqədar olaraq 10.02.2026-cı il saat 09:30-dan etibarən işlər başa çatanadək “Qarasu” QPS-dən Sabirabad rayonunun 16 kəndində - Qaraqaşlı, Quruzma, Qəzli, Yenikənd, Kovlar, Axısxa, Surra, Qaralı, Balvar, Həsənli, Cavad, Türkədi, Əlicanlı, Yollçubəyli, Narlıq, Zəngənə kəndlərində (7298 abonent),


Hacıqabul rayonunun 12 kəndində - Qarasu, Padar, Abdulabad, Kolanı, Talış binalar, Talış, 1-ci Meyniman, 2-ci Meyniman, Axtaçı-Şirvan, Ağacanlı, Ələtli, Bürvənd kəndlərində (3322 abonent), həmçinin “Nərimankənd” QPS-dən Sabirabad şəhəri Z.Əliyev küçəsi və 17 kəndində - Kürkəndi, Məmişlər, Əsədli, Qaralar, Qəfərli, Şıxlar, Mürsəlli, Ulacalı, Bulduq, Ətcələr, Həşimxanlı, Axtaçı-Muğan, Güdəcühür, Qaratoğay, Osmanlı, Şıxsalahlı, Qaragüney kəndlərində (9837 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO