“İdrak” liseyində güllələnən müəllimin SON VƏZİYYƏTİ

“İdrak” liseyində güllələnən müəllimin SON VƏZİYYƏTİ

Hazırda oxunan: “İdrak” liseyində güllələnən müəllimin SON VƏZİYYƏTİ
594968
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ötən gün “İdrak” liseyində 10-cu sinif şagirdi tərəfindən güllələnən 28 yaşlı müəllimə - Şəhla Kamilovanın vəziyyəti açıqlanıb.

Bu barədə Bizim.Media-ya Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Bildirilib ki, 1997-ci il təvəllüdlü şəxs (qadın) Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsindən Neyrocərrahiyyə şöbəsinə köçürülüb. Hazırda müalicəsi palata şəraitində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.

Xatırladaq ki, ötən gün səhər saatlarında Bakıda yerləşən “İdrak” liseyinin qarşısında silahlı insident baş verib. Liseyin 10-cu sinif şagirdi 28 yaşlı müəllimi – Şəhla Kamilovanı ov tüfəngi ilə güllələyib.

Hadisəni törədən şagird isə polis əməkdaşları tərəfindən saxlanılıb. Ondan ov silahı götürülüb.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO