Həmkarları rüşvət alan hakimə güzəşt ETMƏDİ

Həmkarları rüşvət alan hakimə güzəşt ETMƏDİ

Hazırda oxunan: Həmkarları rüşvət alan hakimə güzəşt ETMƏDİ
594423
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bərdə Rayon Məhkəməsinin vətəndaşdan külli miqdarda rüşvət almaqda təqsirli bilinən sabiq hakimi Elsun Əhmədovun kassasiya şikayətinə baxılıb.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, Ali Məhkəmənin hakimləri keçmiş həmkarları ilə bağlı heç bir güzəştə yer olmadığı qənaətinə gəliblər.

Qərara əsasən, Elsun Əhmədov haqda 5 illik həbs qərarı qüvvədə saxlanılıb. Bundan sonra onun çəkilməmiş 3 il cəza müddəti qalıb.
 

Qeyd edək ki, eks-hakim icraatında olan işlərdən birində təqsirləndirilən şəxsin yaxınından külli miqdarda pul almaqda ittiham edilirdi. Onun qanunsuz əməlinin üstü 2024-cü ilin fevralında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən açılıb.


E.Əhmədov Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə salonunda qandallanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO