Təbiətə bir həftədə 129 min manatlıq ZİYAN VURULDU

Təbiətə bir həftədə 129 min manatlıq ZİYAN VURULDU

Hazırda oxunan: Təbiətə bir həftədə 129 min manatlıq ZİYAN VURULDU
593637
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı, Gəncə şəhərləri, Abşeron və İsmayıllı rayonlarının inzibati ərazilərində ağacların qanunsuz kəsilməsi faktları aşkar olunub.

Xidmətdən Bizim.Media-ya verilən məlumata görə, araşdırma zamanı Bakının Xətai rayonunda Nəsrəddin Tusi küçəsi, 10G ünvanında, eyni zamanda, həmin rayonun Xəqani Rüstəmov küçəsində, Gəncə şəhəri, Şah İsmayıl Xətai prospekti, 231 ünvanında, Abşeron rayonunun Ceyranbatan qəsəbəsinin Nizami küçəsində, İsmayıllı rayonunun Zərnava və Sərdahar kəndlərinin inzibati ərazilərində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 129 min 10 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO