Bakıda kişi qadını restoranın tualetində DÖYDÜ

Bakıda kişi qadını restoranın tualetində DÖYDÜ

Hazırda oxunan: Bakıda kişi qadını restoranın tualetində DÖYDÜ
592479
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda kişi restoranın tualetində qadını döyüb.

Bizim.Media lent.az-a istinadən xəbər verir ki, hadisə Səbail rayonu, Salyan yolunda yerləşən “Era” restoranının sanitar qovşağında qeydə alınıb.

Tanıdığı oğlanla həmin restoranda yeyib-içən Tünzalə (şərti adla) gecə saat 12-yə qalmış sanitar qovşağına gedib. Bu zaman tanışı olan həmin şəxs, 31 yaşlı Cavad Məlikli (ad və soyad şərtidir) də onun arxasınca sanitar qovşağa gedib. Cavadın sözlərinə görə, tualetin yanına çatanda Tünzalənin qapını açıb çıxdığını görüb, və qadın onunla birgə tualetə girmək istəyib.

Lakin Cavad buna etiraz edərək, “məni orada cinsi əlaqədə olmağa çağırırsan?” deyib. Tünzalə isə bu suala əsəbiləşərək, ağır cavab verib. Nəticədə Cavad tualetdə Tünzalənin gözünə yumruqla zərbə vuraraq, xəsarət yetirib.

Qadının sözlərinə görə isə, Cavad zorla qapını açaraq, onunla birgə tualetə girmək istəyib.

Etiraz edəndə isə onu döyərək, xəsarət yetirib.

Bu əməlinə görə, Cavad Məlikli saxlanılıb və barəsində müvafiq maddə ilə cinayət işi açılıb. O. məhkəmədə “Konstitusiya və Suverenlik İli” çərçivəsində onun da amnistiyaya düşməsini xahiş edib.

Səbail rayon Məhkəməsinin qərarı ilə cinayət təqibinə xitam verilib və Cavad Məlikli məsuliyyətdən azad olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO