Çobanlar yarım milyon manatlıq cinayətə görə HƏBS EDİLDİLƏR

Çobanlar yarım milyon manatlıq cinayətə görə HƏBS EDİLDİLƏR

Hazırda oxunan: Çobanlar yarım milyon manatlıq cinayətə görə HƏBS EDİLDİLƏR
590418
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda çobanlar böyük yeyinti cinayətində ittiham olunurlar.

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Salyan rayonunda baş verib.

Kəmaləddin Hüseynov və Ceyhun Əskərov çobanlıq etdikləri fermadan yarım milyon manatdan çox dəyəri olan xırda və iribuynuzlu heyvanları "aradan çıxarıblar".

Çox sayda heyvanı oğurlanan Adil Qənbər oğlu Baxışov rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Onun bir neçə ferması, yüzlərlə mal-qarası var.

Sahibkar cinayətdən xəbər tutan kimi Kəmaləddin və Ceyhunun əməli barədə prokurorluğa şikayət edib.
 

İstintaqla təsdiq edilib ki, çobanlar fermada və fərdi həyətlərdə tikilmiş tövlələrdə saxlanılan ümumilikdə 1 377 baş heyvanı - Simental cinsli Avstriya mənşəli erkək danaları, cins inəkləri, eləcə də çox sayda qoyun-quzu və keçi-çəpişi müxtəlif üsullarla ucuz qiymətə satıb, cinayətdən xəbərsiz olan satıcılardan aldıqları 586 min manat pulu mənimsəyiblər.


Sahibkarın şikayəti əsasında Kəmaləddin və Ceyhun xüsusilə külli miqdarda mənimsəmə maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunub. Onların barəsində həbs qətimkan tədbiri seçilib.

Təqsirləri sübuta yetirilərsə, çobanları 14 ilədək həbs cəzası gözləyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO