Bakıda bu bazarda antisanitar şəraitdə ət satılırmış – FOTO/VİDEO

Bakıda bu bazarda antisanitar şəraitdə ət satılırmış – FOTO/VİDEO

Hazırda oxunan: Bakıda bu bazarda antisanitar şəraitdə ət satılırmış – FOTO/VİDEO
589512
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Bakı şəhərinin Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Heybətov küçəsi, 1 ünvanında fiziki şəxs Xəyal Fikrət oğlu Rəcəbliyə məxsus “Xəyal” bazarı və bazarətrafı qida obyektlərində nəzarət tədbirləri həyata keçirilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, yoxlama zamanı bazarda ət və ət məhsullarının baytarlıq-sanitariya ekspertizasından keçirilmədən, temperatur rejiminə əməl olunmadan, açıq və antisanitar şəraitdə satışa çıxarıldığı məlum olub.
 

Eləcə də qanunsuz heyvan kəsimi məntəqəsinin fəaliyyət göstərdiyi müəyyən edilib. Nöqsanlarla bağlı icrası məcburi göstərişlər verilib, inzibati xəta haqqında protokol tərtib olunub.


Qanunsuz kəsim məntəqəsinin fəaliyyəti dayandırılıb, məhsullarla bağlı məhdudlaşdırıcı tədbirlər tətbiq edilib. Nümunələr laborator müayinələrə göndərilib.



Bakıda bu bazarda antisanitar şəraitdə ət satılırmış – FOTO/VİDEO - foto 1
Bakıda bu bazarda antisanitar şəraitdə ət satılırmış – FOTO/VİDEO - foto 2
Bakıda bu bazarda antisanitar şəraitdə ət satılırmış – FOTO/VİDEO - foto 3
Bakıda bu bazarda antisanitar şəraitdə ət satılırmış – FOTO/VİDEO - foto 4

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO