Naxçıvan hava limanında sərnişinlərin qızıllarını oğurlayanlar aeroportun işçiləri olub - TƏFƏRRÜAT

Naxçıvan hava limanında sərnişinlərin qızıllarını oğurlayanlar aeroportun işçiləri olub - TƏFƏRRÜAT

Hazırda oxunan: Naxçıvan hava limanında sərnişinlərin qızıllarını oğurlayanlar aeroportun işçiləri olub - TƏFƏRRÜAT
586642
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Naxçıvan Beynəlxalq Hava Limanında sərnişinlərin dəyərli əşyalarının oğurlanmasının təfərrüatı bəlli olub.

Bizim.Media xəbər verir ki, hadisə bu il avqustun 3-ü, 13-ü və 17-də gerçəkləşən Naxçıvan-Bakı reysləri zamanı baş verib.
 

Cinayət hadisəsini isə aeroportun daşınmaların təşkili və koordinasiyası xidmətində yükvuran kimi çalışan 1997-ci il təvəllüdlü Hüseyn Həmzəyev və 2005-ci il təvəllüdlü Səid Kərimli törədiblər.


Qabaqcadan əlbir olan şəxslər Naxçıvan aeroportunda baqaj yüklərinin təyyarəyə daşınması zamanı qanunsuz olaraq çantalara baxış keçirib və qızıl-zinət əşyalarını mənimsəyiblər.

Oğurluq əməlini törədən şəxslərin əsasən qadın çantalarına və sərnişinlərin çatdıqları yerdə açılmasından şübhələnməmələri üçün bağlaması zəif olan baqajlara baxdıqları müəyyən edilib.

Sərnişinlərdən oğurlanan qızılların ümumi dəyəri 4 170 manat olub. Səid və Hüseynin oğurladığı qızıllar "Cahan" Ticarət Mərkəzində satılıb. Qızılların bir qismi isə "Nur Telekom" adlı lombarda 1 400 manat müqabilində qoyulub.

Cinayətin üstü isə müştərilərin baqajlarındakı dəyərli əşyaların yoxa çıxmasını gördükdən və bu barədə polisə məlumat verdikdən sonra açılıb.

Hüseyn Həmzəyev 2 il 2 ay, tanışı Səid Kərimli isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. (Teleqraf.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO