Keçmiş məcburi köçkünləri sevindirəcək xəbər

Keçmiş məcburi köçkünləri sevindirəcək xəbər

Hazırda oxunan: Keçmiş məcburi köçkünləri sevindirəcək xəbər
586543
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Keçmiş məcburi köçkünlərə ödənilən aylıq sosial müavinət onların hesablarına köçürülüb. Əməliyyat bir neçə saat əvvəl həyata keçirilib.

Bizim.Media xatırladır ki, məcburi köçkün statusu olan şəxslər hər ay dövlətdən 60 manat müavinət alırlar.

Bu vəsait onlara kommunal xərcləri ödəmək üçün verilir. Köçkünlərin öz aralarında "çörəkpulu" adlandırdıqları bu pul hər ayın 25-dən sonra ödənilir. Amma Yeni il bayramı ilə əlaqədar olaraq bu dəfə ödəniş vaxtından bir neçə gün əvvəl reallaşıb.
 

Qeyd edək ki, keçmiş məcburi köçkünlər daimi yaşayış yeri ilə təmin olunduqdan uç il sonra onlara verilən sosial müavinət dayandırılır.


Hazırda ölkədə 400 minə yaxın keçmiş məcburi köçkün dövlətdən sosial müavinət alır. (Mənbə: Metbuat.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO