Psixoloqlar da İMTAHAN VERƏCƏK?

Psixoloqlar da İMTAHAN VERƏCƏK?

Hazırda oxunan: Psixoloqlar da İMTAHAN VERƏCƏK?
586444
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Son illər psixologiya kurslarına gedib sertifikat alaraq psixoloq və “həyat kouçu” kimi çalışanların sayı çoxalıb. Həmçinin, günümüzdə cəmiyyətdə onlara təlabət da yüksək səviyyədədir.

Bəs, həmin şəxslər üçün imtahan nəzərdə tutula bilərmi?

Təhsil eksperti Elşən Qafarov Bizim.Media-ya açıqlamasında bildirib ki, bu sahəyə tələb var, amma kadr hazırlığı yoxdur:
 

“Ümumiyyətlə, kadr hazırlığı müəyyən müddət tələb edir. Əmək bazarı da bu sahədə mütəxəssis istədiyi üçün əmək bazarına daxil olmaq istəyənlər hansısa kursda sertifikat alıb özünü “həyat kouçu” adlandırıb təlimlər keçməyə başlayırlar. Əslində kadr hazıırlığı əmək bazarının tələblərinə uyğun olmalıdır.


Bizdə isə bu yoxdur. İnsanlar psixoloq yanına  gedəndə baza təhsilini soruşmalıdır və ondan sonra ödəniş etmək lazımdır.  Burada cəmiyyətdə də məsələyə düzgün yanaşmamaq var. Buna görə maarifləndirmə olmalıdır. İndi gedib kursdan sertifikat alıb tibb bacısı, əczaçı olaraq da işləyirlər. Amma bu sahədə də baza təhsili olmalıdır. İmtahan baza təhsili olduqdan sonra verilməlidir”.

Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO