Balaqusarda 112 mənzilli yeni binalar inşa edilir – FOTO

Balaqusarda 112 mənzilli yeni binalar inşa edilir – FOTO

Hazırda oxunan: Balaqusarda 112 mənzilli yeni binalar inşa edilir – FOTO
584999
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qusar rayonunda əhalinin rifah halının və həyat şəraitinin yaxşılaşdırılması məqsədilə genişmiqyaslı infrastruktur layihələrinin icrası davam etdirilir. Rayon rəhbərliyi tərəfindən rayonda müxtəlif sahələrdə görülən işlər yerində qiymətləndirilir, layihələrin icra vəziyyəti nəzarətdə saxlanılır.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, dekabrın 7-də Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov və Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov rayonun Balaqusar nümayəndəliyi ərazisində yenicə inşasına başlanmış, şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün nəzərdə tutulmuş, ümumilikdə 112 mənzildən ibarət olan iki ədəd beş mərtəbəli yaşayış binasının tikintisi işləri ilə yerində tanış olublar.

Həmçinin Qusar və ətraf 6 kəndin içməli su təchizatında mühüm rol oynayacaq, 500 min kubmetr tutuma malik “Bənövşə gölü” su anbarında mövcud vəziyyətə baxış keçirilmişdir. Dövlət başçısının müvafiq sərəncamına əsasən, sözügedən su anbarının yenidən qurulması və bərpası məqsədilə ilkin olaraq 1 milyon manat vəsait ayrılmışdır. Layihə çərçivəsində yaxın müddətdə tikinti-bərpa işlərinə başlanılması nəzərdə tutulur.

Balaqusarda 112 mənzilli yeni binalar inşa edilir – FOTO - foto 1
Balaqusarda 112 mənzilli yeni binalar inşa edilir – FOTO - foto 2
Balaqusarda 112 mənzilli yeni binalar inşa edilir – FOTO - foto 3
Balaqusarda 112 mənzilli yeni binalar inşa edilir – FOTO - foto 4


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO