Bazarlarda mənşəyi məlum olmayan turşular satılırmış – FOTO

Bazarlarda mənşəyi məlum olmayan turşular satılırmış – FOTO

Hazırda oxunan: Bazarlarda mənşəyi məlum olmayan turşular satılırmış – FOTO
584470
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Tərtər, Qusar və Bərdə rayonlarında fəaliyyət göstərən ərzaq bazarlarında monitorinqlər həyata keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, aparılan nəzarət tədbirləri zamanı satış məntəqələrində bir sıra nöqsanlar aşkarlanıb.

Belə ki, bazar ərazilərində çalışan işçilərin qida təhlükəsizliyi standartlarına uyğun xüsusi geyimlərlə tam təmin edilmədiyi müəyyən olunub. Süd və süd məhsullarının satışı bölmələrində soyuducu avadanlıqların yetərsiz olduğu, bu məhsulların ekspertiza aktları və daşınma sənədləri təqdim edilmədən satışa çıxarıldığı qeydə alınıb.
 

Bununla yanaşı, toyuq və balıq məhsullarının üstü açıq şəkildə, xarici təsirlərə məruz qalan formada satıldığı, sənədlərinin olmadığı müəyyən edilib. Bəzi satış obyektlərində mənşəyi məlum olmayan turşu növlərinin satışı da aşkarlanıb.


Aşkarlanmış nöqsanların aradan qaldırılması üçün bazar sahiblərinə müvafiq göstərişlər verilib.

Bazarlarda mənşəyi məlum olmayan turşular satılırmış – FOTO - foto 1
Bazarlarda mənşəyi məlum olmayan turşular satılırmış – FOTO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO