Bakıda D-8 Gənclər Dialoqu sona çatdı - FOTO

Bakıda D-8 Gənclər Dialoqu sona çatdı - FOTO

Hazırda oxunan: Bakıda D-8 Gənclər Dialoqu sona çatdı - FOTO
584330
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dekabrın 7-də Bakıda keçirilən D-8 Gənclər Dialoqunun ikinci günü uğurla başa çatıb.

Bizim.Media  xəbər verir ki, gün ərzində gənclər siyasəti, şəhər inkişafı və dayanıqlı şəhər mühitinin formalaşmasında gənclərin roluna dair bir sıra panel müzakirələri təşkil olunub.
 

Proqramın ilk paneli “Şəhərlərdə mobillik: Daha inklüziv və gəncləryönümlü mobillik sistemləri üçün siyasətlər, innovasiyalar və həllər” mövzusuna həsr edilib. Müzakirələrdə şəhər nəqliyyatının əlçatanlığı, gənclərin ehtiyaclarına uyğunlaşdırılmış mobil yanaşmalar, rəqəmsal nəqliyyat həlləri və dayanıqlı şəhər mühitinin qurulması məsələləri diqqət mərkəzində olub.


Ardınca “Yaşıl urban inkişaf üçün bacarıqlar: Dayanıqlı və aşağı karbonlu şəhərlər naminə gənclər” paneli keçirilib. Ekspertlər və iştirakçılar gənclərin yaşıl bacarıqlarının inkişaf etdirilməsi, ekoloji davamlı şəhər modellərinin yaradılma imkanları və aşağı karbonlu gələcəyə keçidi sürətləndirən təşəbbüslər barədə fikir mübadiləsi aparıblar.

Sessiyalar boyunca üzv ölkələrin nümayəndələri urbanizasiya, ekoloji siyasət, innovasiya və gənclərin fəal iştirakının gücləndirilməsi sahələrində əməkdaşlıq imkanlarını müzakirə ediblər.
 

Tədbirin rəsmi bağlanış mərasimində D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi İsiaka Abdulqadir İmam, Gənclər və İdman Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Zərifə Zülfüqarova, misirli gənc Karen Hani çıxış ediblər. Tədbirin sonunda D-8 ölkələrinin nümayəndələri tərəfindən D-8 Bakı Gənclər Bəyanatı qəbul olunub. Bəyanat gənclərin qərarvermə proseslərində rolunun artırılması, dayanıqlı urban inkişaf, yaşıl bacarıqların gücləndirilməsi və regional əməkdaşlığın genişləndirilməsi istiqamətində ortaq öhdəlikləri əks etdirir.


Qeyd edək ki, iki gün davam edən D-8 Gənclər Dialoqu region ölkələri arasında gənclər siyasətinə və dayanıqlı urban inkişaf üzrə tərəfdaşlığın möhkəmlənməsinə, eləcə də yeni ortaq təşəbbüslərin formalaşmasına mühüm töhfə vermək məqsədi daşıyıb.

Bakıda D-8 Gənclər Dialoqu sona çatdı - FOTO - foto 1
Bakıda D-8 Gənclər Dialoqu sona çatdı - FOTO - foto 2
Bakıda D-8 Gənclər Dialoqu sona çatdı - FOTO - foto 3
Bakıda D-8 Gənclər Dialoqu sona çatdı - FOTO - foto 4
Bakıda D-8 Gənclər Dialoqu sona çatdı - FOTO - foto 5
Bakıda D-8 Gənclər Dialoqu sona çatdı - FOTO - foto 6
Bakıda D-8 Gənclər Dialoqu sona çatdı - FOTO - foto 7
Bakıda D-8 Gənclər Dialoqu sona çatdı - FOTO - foto 8
Bakıda D-8 Gənclər Dialoqu sona çatdı - FOTO - foto 9
Bakıda D-8 Gənclər Dialoqu sona çatdı - FOTO - foto 10
Bakıda D-8 Gənclər Dialoqu sona çatdı - FOTO - foto 11
Bakıda D-8 Gənclər Dialoqu sona çatdı - FOTO - foto 12


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO