Nərimanovdakı partlayışın ziyan vurduğu binaların monitorinqi APARILIRMI? - RƏSMİ AÇIQLAMA

Nərimanovdakı partlayışın ziyan vurduğu binaların monitorinqi APARILIRMI? - RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Nərimanovdakı partlayışın ziyan vurduğu binaların monitorinqi APARILIRMI? - RƏSMİ AÇIQLAMA
582349
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Nərimanov rayonunda “AFEN Plaza” biznes mərkəzində baş vermiş partlayış təkcə binanın özü ilə kifayətlənməyib. Ərazinin yaxınlığındakı digər binalar da zərər çəkib. Partlayışın gücündən plazanın qarşısında yerləşən yaşayış binasındakı ev və obyektlərdən biri ziyan görüb. Tikililərin pəncərələri qırılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Partlayışda yaxınlıqdakı tikililərə də ziyan dəyib – FOTO


Maraqlıdır, partlayışın ziyan vurduğu digər tikililər, daşınar-daşınmaz əmlak və yol infrastrukturu ilə bağlı monitorinq aparılırmı?

Fövqəladə Hallar Nazirliyinə bununla bağlı sorğu ünvanladıq. Nazirlikdən Bizim.Media-ya bildirildi ki, partlayışın baş verdiyi gün FHN-nin Xüsusi Riskli Xilasetmə Xidməti hadisə yerində olub, əməliyyat şəraiti qiymətləndirilib və dağıntılar olduğu təsdiqlənib. Hazırda plazanın struktur vəziyyəti, qəzalı olub-olmaması ilə bağlı sualımıza isə belə cavab aldıq:

“Bizimkilər işlərini görüb çıxıblar. Nərimanov rayonunun Fövqəladə Hallar Komissiyası var. Binanın texniki vəziyyətinin qiymətləndirilməsinə ehtiyac olub-olmamasına onlar qərar verirlər. Aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. Cavabdeh qurumlar dəvət edəcəkləri halda, Agentliyin (FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi nəzərdə tutulur  – red.) nümayəndələri  binanın texniki vəziyyətini müəyyən etmək üçün tədbirlər görəcəklər”.

 

Məsələ ilə bağlı Nərimanov rayon İcra Hakimiyyətinə dəfələrlə zəng etsək də, zənglərə cavab verən olmadı.

Şəfiqə Şəfa, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO