Ticarət mərkəzinin qarşısında təbii ehtiyacını ödəyən gənc CƏRİMƏLƏNDİ: "Böyrəklərimdə problem var"

Ticarət mərkəzinin qarşısında təbii ehtiyacını ödəyən gənc CƏRİMƏLƏNDİ: "Böyrəklərimdə problem var"

Hazırda oxunan: Ticarət mərkəzinin qarşısında təbii ehtiyacını ödəyən gənc CƏRİMƏLƏNDİ: "Böyrəklərimdə problem var"
578415
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakının mərkəzində küçədə təbii ehtiyacını ödəyən gənc oğlan cərimələnib.

Bizim.Media xəbər verir ki, hadisə Səbail rayonu ərazisində yerləşən "Xaqani" ticarət mərkəzinin qarşısında baş verib.

24 yaşlı Yusif Səlimov (ad və soyad şərtidir) ticarət mərkəzinin qarşısında ətrafdakılara hörmətsizlik edərək, təbii ehtiyacını ödəyib. Bunu görən polis əməkdaşları ona yaxınlaşıb irad bildiriblər. Yusif isə polis əməkdaşları ilə mübahisə edib.

Bu hərəkətinə görə, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsilə protokol tərtib olunub.

İnzibati xəta törədən şəxs ifadəsində bildirib ki, böyrəklərində problem olduğu üçün ağrısı olub və məcburi şəkildə ictimai məkanda təbii ehtiyacını ödəyib. O, əməlindən peşman olduğunu deyib və barəsində cərimə növündə cəza verilməsini xahiş edib.

Səbail Rayon Məhkəməsinin qərarı ilə Yusif Səlimov barəsində 50 manat miqdarında inzibati cərimə cəzası təyin edilib. (lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO