İtkin şəhidin anası VƏFAT ETDİ - FOTO

İtkin şəhidin anası VƏFAT ETDİ - FOTO

Hazırda oxunan: İtkin şəhidin anası VƏFAT ETDİ - FOTO
577219
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Elçin Cumayevin anası rəhmətə gedib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Zaqatalanın Suvagil kəndindən olan  Elçin Cumayev 1993-cü ildə hərbi xidmətə yollanıb.

Əvvəlcə Sumqayıtda təlimlər keçib. Sonradan Ağdam istiqamətində döyüşlərə qatılıb. Ağdamın Əliağalar kəndi istiqamətində itkin düşüb. 

Ailədə iki qardaş, beş bacı olublar. Anası Rəbiyyət Cumayeva 32 il idi ki, oğlunun gələcəyi günü həsrətlə gözləyərdi. Hər qapı açılanda, hər telefon çalınanda ana öncə itkin oğlunu xəbər alıb. Lakin bu haqda heç bir məlumat verən olmayıb. 

Və beləcə 32 ilin başında övlad həsrətinə dözə bilməyən ana vəfat edib. 

Allah rəhmət eləsin. 

İtkin şəhidin anası VƏFAT ETDİ - FOTO - foto 1


Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO