Hərbçilərimiz NATO təlimində iştirak edir - FOTO

Hərbçilərimiz NATO təlimində iştirak edir - FOTO

Hazırda oxunan: Hərbçilərimiz NATO təlimində iştirak edir - FOTO
577183
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyənin ev sahibliyi ilə NATO ölkələrinin hərbi dəniz və hava qüvvələri, Sahil Mühafizəsi Komandanlığının müvafiq bölmələri, həmçinin müxtəlif dövlətlərdən gələn müşahidəçilərin iştirakı ilə "Nüsrət-2025 Dəvət Təlimi" keçirilir.

Bu barədə Bizim.Media-ya Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Saros körfəzində keçirilən beynəlxalq təlimdə iştirak edir.

Təlimin məqsədi iştirakçı bölmələr və komandanlıqların mina müharibəsinin planlaşdırılması, icrası və qiymətləndirilməsi sahəsində bilik və bacarıqlarını artırmaq, eləcə də Türkiyə Hərbi Dəniz Qüvvələri ilə dost və müttəfiq ölkələrin dəniz qüvvələri arasında qarşılıqlı əməkdaşlıq və birgə fəaliyyət qabiliyyətini inkişaf etdirməkdir.

Qeyd edək ki, beynəlxalq təlimdə Azərbaycanla yanaşı, ABŞ, BƏƏ, Bəhreyn, Bolqarıstan, İndoneziya, Cənubi Afrika, Niderland, Keniya, Koreya Respublikası, Küveyt, Malayziya, Mərakeş, Misir, Pakistan, Peru, Səudiyyə Ərəbistanı, Sinqapur, Şri-Lanka və Omandan ümumilikdə 44 nəfər iştirak edir.

Hərbçilərimiz NATO təlimində iştirak edir - FOTO - foto 1
Hərbçilərimiz NATO təlimində iştirak edir - FOTO - foto 2
Hərbçilərimiz NATO təlimində iştirak edir - FOTO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO