Mehdiyev dövrünün icra başçıları -Hələ də vəzifədə olanlar var

Mehdiyev dövrünün icra başçıları -Hələ də vəzifədə olanlar var

Hazırda oxunan: Mehdiyev dövrünün icra başçıları -Hələ də vəzifədə olanlar var
576397
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ramiz Mehdiyevin Prezident Administrasiyasının rəhbəri olduğu dövrdə təyin edilən icra başçılarının əksəriyyəti ona yaxınlığı ilə bilinirdi. Həmin icra başçıları Mehdiyevin təlimatları ilə hərəkət edərək daim ona sadiq olduqlarını göstəriblər. Xüsusilə yaşlı və uzun müddət vəzifədə olan icra başçılarının əksəriyyəti məhz Mehdiyevin kadrı kimi tanınıb.

Mehdiyevə yaxınlığı ilə bilinən həmin şəxslərin bəziləri hələ də vəzifə başındadır.

Bizim Media xəbər verir ki, Sfera.az Mehdiyev dövründə icra başçısı vəzifəsinə irəli çəkilən və hələ də bu vəzifədə çalışan rayon və şəhər rəhbərlərini araşdırıb.  

Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov. E.Hüseynov 2 iyul 1992-ci ildə rayon rəhbəri təyin edilib və həmin vəzifədə çalışır. Onun uzun müddət bu vəzifədə qalmasında Mehdiyevin rolu var.

Mehdiyev dövrünün icra başçıları -Hələ də vəzifədə olanlar var - foto 21


Eynilə Qobustan Rayon İcra hakimiyyətinin başçısı Adil Məmmədovun 31 il müxtəlif rayonlarda icra başçısı vəzifələrində çalışması Mehdiyevin sayəsində olub.

Mehdiyev dövrünün icra başçıları -Hələ də vəzifədə olanlar var - foto 22


Bunlardan başqa Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, Lənkəran Rayon İcra hakimiyyətinin başçısı Taleh Qaraşov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Mehdiyevə yaxınlığı ilə tanınıblar.

Mehdiyev dövrünün icra başçıları -Hələ də vəzifədə olanlar var - foto 1
Mehdiyev dövrünün icra başçıları -Hələ də vəzifədə olanlar var - foto 2
Mehdiyev dövrünün icra başçıları -Hələ də vəzifədə olanlar var - foto 3
Mehdiyev dövrünün icra başçıları -Hələ də vəzifədə olanlar var - foto 4
Mehdiyev dövrünün icra başçıları -Hələ də vəzifədə olanlar var - foto 5
Mehdiyev dövrünün icra başçıları -Hələ də vəzifədə olanlar var - foto 6


Bu adlardan əlavə olaraq Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Ramiz Mehdiyevin himayəsində olan şəxslərdən hesab olunur.

Mehdiyev dövrünün icra başçıları -Hələ də vəzifədə olanlar var - foto 23


Eyni zamanda, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov da uzun illər Mehdiyevin himayəsində olan məmurlardan biridir.

Mehdiyev dövrünün icra başçıları -Hələ də vəzifədə olanlar var - foto 24


Bundan başqa, Masallının icra başçısı Şahin Məmmədov,  Sabirabadın icra başçısı Siraqəddin Cabbarov, Qazağın icra başçısı Rəcəb Babaşov Ramiz Mehdiyevin təqdimatı ilə vəzifəyə gətirilmiş şəxslər kimi tanınır.

Mehdiyev dövrünün icra başçıları -Hələ də vəzifədə olanlar var - foto 7
Mehdiyev dövrünün icra başçıları -Hələ də vəzifədə olanlar var - foto 8
Mehdiyev dövrünün icra başçıları -Hələ də vəzifədə olanlar var - foto 9


Hazırda Füzuli Rayon İcra Başçısı olan Alı Alıyev və Ağsu Rayon İcra Başçısı olan Rövşən Bağırov da “mehdiyevizm”in təmsilçiləri sırasında göstərilir.

Mehdiyev dövrünün icra başçıları -Hələ də vəzifədə olanlar var - foto 10
Mehdiyev dövrünün icra başçıları -Hələ də vəzifədə olanlar var - foto 11


Eyni zamanda Şəkinin icra başçısı Elxan Usubov və Hacıqabulun icra başçısı Sevindik Hətəmov da Mehdiyevin kadrlarıdır.

Mehdiyev dövrünün icra başçıları -Hələ də vəzifədə olanlar var - foto 12
Mehdiyev dövrünün icra başçıları -Hələ də vəzifədə olanlar var - foto 13


Mehdiyevə yaxınlığı ilə bilinən yaşlı icra başçılardan Bayram Səfərovun (Şuşa rayonu), Rafil Hüseynovun (Ağcəbədi rayonu), Mərdan Camalovun (Zərdab), Mənsur Məmmədovun (Ucar), Firdovsi Əliyevin (Samux) də adını çəkmək olar.

Mehdiyev dövrünün icra başçıları -Hələ də vəzifədə olanlar var - foto 14
Mehdiyev dövrünün icra başçıları -Hələ də vəzifədə olanlar var - foto 15
Mehdiyev dövrünün icra başçıları -Hələ də vəzifədə olanlar var - foto 16
Mehdiyev dövrünün icra başçıları -Hələ də vəzifədə olanlar var - foto 17
Mehdiyev dövrünün icra başçıları -Hələ də vəzifədə olanlar var - foto 18


Hazırda millət vəkili olan, Nəsimi Rayon İcra Hakimiyyətinin keçmiş başçısı olmuş Asif Əsgərovun və Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin də Mehdiyevin xeyir-duası ilə bu vəzifəyə təyin edildiyi məlumdur.

Mehdiyev dövrünün icra başçıları -Hələ də vəzifədə olanlar var - foto 19
Mehdiyev dövrünün icra başçıları -Hələ də vəzifədə olanlar var - foto 20


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO