Rafiq Mehdiyev VƏFAT ETDİ

Rafiq Mehdiyev VƏFAT ETDİ

Hazırda oxunan: Rafiq Mehdiyev VƏFAT ETDİ
575787
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

1993-2000-ci illərdə Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru, 2000-2020-ci illərdə isə İstanbul Texniki Universitetində çalışan professor Rafiq Mehdiyev bugün səhər saatlarında vəfat edib.

Bizim.Media xəbər verir ki, bu barədə Modern.az-a mərhumun yaxınları məlumat veriblər.

O, daxili yanma mühərrikləri üzrə dünya şöhrətli alim, Türkiyənin ilk yerli traktor motorunun ixtiraçısı idi.

300-dən çox elmi əsərin, 15-ə yaxın ixtiranın müəllifi olan alimin son ixtiralarından biri maye qazla işləyən dizel mühərrikidir və bu ixtira Türkiyədə böyük uğur qazanıb.
 

Rafiq Mehdiyev qardaş ölkədə çalışdığı dövrdə müdafiə sənayesi quruculuğunda yaxından iştirak edib.


Alimin bir sıra ixtiraları bəzi qərb dövlətlərində, o cümlədən İngiltərə, İtaliya, Almaniya, eləcə də Rusiya və Yaponiyada patentləşdirilib. Yetişdirdiyi 20-dən artıq alimin arasında ABŞ, Almaniya, Hindistan, İraq, Polşa və Ukrayna vətəndaşları da var.

Rafiq İsrafil oğlu Mehdiyev 5 dekabr 1936-cı ildə Cəbrayıl şəhərində anadan olub.

1958-ci ildə o zamankı Azərbaycan Politexnik İnstitutunun (indiki Texniki Universitet) mexanika fakültəsini bitirib, 1964-cü ildə namizədlik, 1981-ci ildə doktorluq dissertasiyasını müdafiə edib.

Allah rəhmət eləsin!

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO