Avtobus zolağına daxil olan sürücülərə DYP-dən - XƏBƏRDARLIQ 

Hazırda oxunan: Avtobus zolağına daxil olan sürücülərə DYP-dən - XƏBƏRDARLIQ 

55334

Avtobus zolaqlarına daxil olan sürücülər Dövlət Yol Polisi tərəfindən mütəmadi nəzarətdə saxlanılır. 

Bu barədə Bizim.Media-ya Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin Təbliğat bölməsinin insbektoru, polis-leytnant Rüstəm Əhmədli bildirib.

Onun sözlərinə görə qeyd olunan məsələ ilə bağlı gün ərzində protokollar tərtib olunur:

“Bakı şəhərinin bəzi ərazilərində sərnişinlərin fasiləsiz və rahat hərəkətini təşkil etmək üçün avtobuslar üçün ayrılmış zolaqlara daxil olan və sərnişin daşınmasına maneə törədən, onların hərəkətini məhdudlaşdıran sürücülərlə bağlı elektron qaydada protokol tərtib olunur və mərkəzi məlumat mərkəzinə ötürülür. Bir daha sürücülərimizin nəzərinə çatdırırıq ki, bu cür qayda pozuntularına qarşı tam diqqətli olsunlar, avtobus zolaqlarında sıxlığın yaranmasına səbəb olmasınlar”. 

Rüstəm Əhmədli bir daha sürücülərə müraciətində qeyd edib ki, avtobusların hərəkəti üçün ayrılmış zolaqlar boyunca qoyulmuş yol nişanlarının tələblərinə uyğun hərəkətə üstünlük versinlər. 

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən, avtobus zolaqlarına daxil olan sürücülər 40 manat məbləğində cərimə edilirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO