Bayram günləri 11 nəfər avtomobil qəzasında ölüb – 5 tətil gününün QARA STATİSTİKASI

Bayram günləri 11 nəfər avtomobil qəzasında ölüb – 5 tətil gününün QARA STATİSTİKASI

Hazırda oxunan: Bayram günləri 11 nəfər avtomobil qəzasında ölüb – 5 tətil gününün QARA STATİSTİKASI
53912
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bayram günlərində baş verən hadisələrin sayı açıqlanıb. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, bayram günləri (31- 04 yanvar) ərzində törədilmiş 151 cinayətin üstü “isti izlər”lə açılıb. 

Əvvəlki dövrlərdən bağlı qalmış ümumilikdə 32 cinayətin açılması təmin olunub. 

Respublikanın avtomobil yollarında ümumilikdə 10 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 9 nəfər yaralanıb, 11 nəfər isə həyatını itirib. Həmçinin Bakı şəhərində və respublika ərazisində müvafiq qurumlar tərəfindən 298 toy şənliyinin monitorinqini həyata keçirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Hacıqabul qəzasında ölən və yaralananların tam SİYAHISI – YENİLƏNİB - VİDEO


Nəticədə xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 5 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub. 93 nəfər isə “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Bayram günlərində baş verən bədbəxt hadisələrdən biri də cəbhədən gəlib. 

Belə ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində 3 nəfər hərbi qulluqçunun öldürülməsi ilə bağlı Bizim.Media-ya məlumat daxil olub. Hərbi qulluqçuları öldürməkdə şübhəli bilinən kiçik çavuş Elxan Əvəzli barəsində həbs qətimkan tədbiri seçilib. 

Baş prokurorluqdan verilən digər xəbərə əsasən, yanvarın 2-si N saylı hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Yusif Eyniyevin piyada əleyhinə minaya düşüb. Nəticədə əsgər Yusif Eyniyevə “partlayış travması, sol baldırın aşağı 1/3-nin travmatik amputasiyası” diaqnozu qoyulub.
 

MÖVZU İLƏ BAĞLI:

Qubadlıda qətlə yetirilən DSX hərbçilərinin FOTOLARI


FHN-dən verilən məlumata görə, yeni il gecəsi Bakıda 1, Zaqatala rayonunda isə 5 yanğın hadisəsi baş verib. Ölən və xəsarət alanlar yoxdur.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO