Əli Kərimlinin köməkçisi cərimə edildi

Əli Kərimlinin köməkçisi cərimə edildi

Hazırda oxunan: Əli Kərimlinin köməkçisi cərimə edildi
5053
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublikamızda gücləndirilmiş nəzarət profilaktik tədbirləri davam etdirilir.

Bizim.Media-ya Daxili İşlər Nazirliyindən verilən məlumata görə, dekabrın 12-də keçirilən nəzarət-profilaktik tədbirlər nəticəsində paytaxtın Səbail rayonunda 20-ci sahədə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozan bərbərxana aşkar olunub.

Səbail RPİ əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Bakı şəhər sakinləri - orada bərbər işləyən, 1984-cü il təvəllüdlü Alıyar Məmmədov və müştərisi 1973-cü il təvəllüdlü Faiq Əmirli saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbir görülüb.

Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilməklə bərbər 400 manat, karantin qaydalarını pozan müştəri isə 200 manat məbləğində cərimə olunaraq sərbəst buraxılıblar.

Qeyd edək ki, Faiq Əmirli AXCP sədri Əli Kərimlinin köməkçisidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO