Azad olunan ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ – Qayıdış təmin olunacaq

Azad olunan ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ – Qayıdış təmin olunacaq

Hazırda oxunan: Azad olunan ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ – Qayıdış təmin olunacaq
0:00
0:00
49768
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Vətəndaşlarımızın bura səfərləri təşkil olunur. Yaxınlarda məlumat verildi ki, bu dövr ərzində bizim 24 nəfər vətəndaşımız minadan həyatını itirib. Bunun özü böyük faciədir. Vətəndaşlarımıza sizin tribunanızdan istifadə edib səslənmək istəyirəm ki, səbrli olsunlar. Dövlətin əsas vəzifələrindən biri öz vətəndaşının təhlükəsizliyini təmin etməkdir”, - E.Hüseynov qeyd edib.

Bizim.Media xəbər verir ki, bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Xalq qəzeti”nə müsahibəsində bildirib.

Prezidentin xüsusi nümayəndəsi deyib ki, Azərbaycan dövləti nəyə qadir olduğunu göstərib:

“Çox qısa müddətdə bizi Qarabağımıza qovuşdurdu. Dövlət öz üzərinə düşən missiyanı yerinə yetirməklə vətəndaşına nə qədər sahib çıxdığını, onu nə qədər qoruduğunu, yüksəkdə tutduğunu göstərdi.

Vətəndaşlarımız da arxayın olsunlar ki, bu zəfəri bizlərə bəxş edən dövlətimiz onları da bu torpağa qaytaracaq. Bizim üçün bu ərazilərdə bərpa-quruculuq işləri o qədər vacibdir ki, bunlarsız Qələbənin anlamı olmaz. Biz bu torpaqlarda həyatı bərpa edəcəyik və vətəndaşlarımızın təhlükəsiz şəkildə böyük qayıdışını təmin edəcəyik. Buna heç kimin şübhəsi olmasın”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO