Azərbaycanda 30 nəfər toya buraxılmadı - Bu şəxslər isə cərimə edildi

Hazırda oxunan: Azərbaycanda 30 nəfər toya buraxılmadı - Bu şəxslər isə cərimə edildi

0:00
0:00
49742

Dekabrın 7-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 135 toy şənliyinin monitorinqini həyata keçirib.  

Daxili İşlər Nazirliyindən (DİN) Bizim.Media-ya verilən məlumata görə, monitorinq 129 şadlıq sarayında, altı şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Nəticədə toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 6 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub.

Həmçinin, 30 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO