Koronavirus xəstəsi ictimai yerdə aşkarlandı - FOTO

Hazırda oxunan: Koronavirus xəstəsi ictimai yerdə aşkarlandı - FOTO

49728

Şamaxıda polis əməkdaşları tərəfindən karantin rejimindən irəli gələn qayda və tələblərə riayət edilməsi məqsədilə keçirilən tədbirlər zamanı aktiv koronavirus xəstəsinin yaşadığı ünvanı tərk etdiyi müəyyən olunub.

Daxili İşlər Nazirliyindən (DİN) Bizim.Media-ya verilən məlumata görə, koronavirus infeksiyasına yoluxan Güntəkin Hümmətovun ev şəraitində müalicəyə cəlb edilməsinə baxmayaraq o, özünə məxsus avtomobillə rayon ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb.

Həmin şəxs yaşadığı ünvana geri qaytarılıb.

G.Hümmətov barəsində Şamaxı Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO