Kərim Vəliyev Ali Hərbi Məktəbin şəxsi heyəti ilə görüşdü - FOTO/VİDEO

Hazırda oxunan: Kərim Vəliyev Ali Hərbi Məktəbin şəxsi heyəti ilə görüşdü - FOTO/VİDEO

49681

Müdafiə nazirinin tapşırığına əsasən müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində olub.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Kursantların sosial-məişət şəraiti və təlim-tədris prosesi ilə maraqlanan Baş Qərargah rəisinə məruzə olunub ki, Hərbi Məktəbdə dərslər müasir metodlar tətbiq olunmaqla tədris olunur.
 

MÖVZU İLƏ BAĞLI:

NATO ilə əməkdaşlıq müzakirə edildi – Baş Qərərgahda görüş


Bildirilib ki, kursantların hərbi ixtisaslara və peşə bacarıqlarına yiyələnməsi məktəbin əsas fəaliyyət istiqamətlərindən biridir.

General-polkovnik K.Vəliyev sinif otaqlarında və təlim sahəsində kursantların nəzəri və praktiki biliklərinin artırılması üçün keçirilən dərs prosesinin gedişatını yoxlayıb. Sonra Hərbi Məktəbin klubunda məktəbin professor və müəllim heyəti ilə görüş keçirilib.

Baş Qərargah rəisi çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan qələbədə Ali Hərbi Məktəbin yetirmələrinin xidmətlərini xüsusi qeyd edib, Azərbaycan Ordusunun gələcəkdə daha da güclü olması üçün bugünkü kursantların rolunun mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Baş Qərargah rəisi kursant heyətinin qayğıları ilə maraqlandıqdan sonra müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq tapşırıqlarını aidiyyəti üzrə vəzifəli şəxslərə çatdırıb. Sonda kursantlarla birgə nahar edilib.

Bizim.Media
 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO