Daxili İşlər Nazirliyi qazilərə müraciət etdi – “Bilməlidirlər ki...”

Hazırda oxunan: Daxili İşlər Nazirliyi qazilərə müraciət etdi – “Bilməlidirlər ki...”

0:00
0:00
43473

Dünən – oktyabrın 26-da Vətən müharibəsi iştirakçısı olan bir qrup şəxs onlara məxsus torpaq sahəsindən çıxarılacaqları ilə bağlı xəbərdarlığa etiraz əlaməti olaraq paytaxtın Ziya Bünyadov prospektini bağlayaraq nəqliyyatın və vətəndaşların sərbəst hərəkətinə mane olmağa cəhd edib.  

Bizim.Media xəbər verir ki, həmin vaxt hadisə yerinə gələn polis əməkdaşlarının yolu bağlayan qazilərə qarşı güc tətbiq etmələri və onlarla kobud rəftara yol vermələri barədə sosial şəbəkələrdə iddialar səsləndirilir.  

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Oxu.Az-ın sualını cavablandırarkən polis əməkdaşlarının qazilərlə kobud rəftarı və ya onlara qarşı hər hansı güc tətbiq etmələri barədə səsləndirilən iddiaların yanlış olduğunu və həqiqəti əks etdirmədiyini bildirib: 

“Qazilərimiz xalqımızın dəyərli övladlarıdır. Onları qorumaq, qayğılarına qalmaq hər birimizin borcudur.

Bununla belə hər bir kəs, o cümlədən, hamımızın fəxri olan qazilər bilməlidirlər ki, üzləşdikləri hər hansısa bir problemlə əlaqədar yol bağlamaq, nəqliyyatın hərəkətinə mane olmaq və bununla da vətəndaşlarımızın rahatlığını pozmaq yolverilməzdir.  

Problemin həllinin yeganə yolu yalnız aidiyyəti dövlət qurumlarına müraciət etməkdir. Təəssüflər olsun ki, bəzi dələduz və fırıldaqçı şəxslər öz qanunazidd əməllərini həyata keçirmək üçün onların nüfuzundan sui-istifadə edirlər.  

Ona görə də, Vətən Müharibəsinin iştirakçısı olan qəhrəmanlarımızı kimlərinsə diqtəsinə və ya verdikləri yalan vədlərinə uyub belə qanunsuz hərəkətlərdən çəkinmələrini xahiş edirik.

Torpaqlarımızı işğaldan azad edərək düşmən üzərində böyük qələbə qazanmış qəhrəman övladlarımızı müqəddəs qazi adını hər zaman uca tutmağa, üzləşdikləri hər hansı problemlə əlaqədar təmkinli olmağa çağırırıq və inanırıq ki, onların hər bir hərəkəti, davranışı vətəndaşlarımız üçün nümunə olacaq. 

Polis əməkdaşları ictimai asayişin təmini və etibarlı qorunması məqsədilə üzərlərinə düşən qanunla müəyyən edilmiş vəzifələri hər zaman layiqincə yerinə yetiriblər və bundan sonra da ictimai asayişin pozulmasına cəhdlərin qarşısının alınması üçün əllərindən gələni əsirgəməyəcəklər”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO