Azərbaycan Gorus-Qafan yolunda gömrük-buraxılış məntəqəsi qurdu

Hazırda oxunan: Azərbaycan Gorus-Qafan yolunda gömrük-buraxılış məntəqəsi qurdu

42761

İrandan Ermənistana yük daşıyan TIR-lar Azərbaycanın Gorus-Qafan yolu üzərində qurduğu gömrük-nəzarət məntəqəsindən keçib gedəcək. 

Bizim.Media “Aysor.am”a istinadən xəbər verir ki, bu barədə Gorus şəhərinin vitse-meri Karo Köçəryan jurnalistlərə bildirib. 

O, Azərbaycan tərəfinin yolda nəzarət məntəqəsinin tikintisini başa çatdırdığını deyib:  

“Hazırda məntəqənin qarşısında çoxlu sayda İran TIR-ları keçmək üçün növbə gözləyirlər”. 

Sabiq mer Azərbaycanın Gorus-Qafan yolunun üzərində yanacaqdoldurma məntəqəsi də tikməyə başladığını diqqətə çatdırıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO