Azərbaycan yeni döyüş təyyarələri alır - AÇIQLAMA 

Hazırda oxunan: Azərbaycan yeni döyüş təyyarələri alır - AÇIQLAMA 

42743

“Hərbi Hava Qüvvələri üçün yeni təyyarələrin alınması nəzərdə tutulur”. 

Bizim.Media xəbər verir ki, bunu müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov yerli mətbuata açıqlamasında deyib. 

O bildirib ki, yeni silahların, texnologiyaların alınması, şəxsi heyətin hazırlığı və s. məsələlər konseptual şəkildə yerinə yetirilir. 

“Azərbaycan Ordusunda, o cümlədən Hərbi Hava Qüvvələrində bütün islahatlar Ali Baş Komandanın rəhbərliyi altında həyata keçirilir. Hər bir qoşun növünün öz inkişaf strategiyası və proqramı var. Yeni silahların alınması istiqamətdə danışıqlar aparılır. Ekspertlər tərəfindən bizə təqdim edilən təyyarələrin imkanları öyrənilib. Yəqin ki, yaxın gələcəkdə ictimaiyyət hansı təyyarələrin alınacağını biləcək”, - deyə Ramiz Tahirov vurğulayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO