“Gəncə hadisələri”nə görə həbs edilən şəxsin cəzası 13 İL AZALDILDI - FOTO 

Hazırda oxunan: “Gəncə hadisələri”nə görə həbs edilən şəxsin cəzası 13 İL AZALDILDI - FOTO 

42737

“Gəncə hadisələri” ilə əlaqədar həbs olunmuş Urfan Məmmədovun cəza müddəti azaldılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə onun vəkili Qanqa İbrahimov məlumat yayıb. 

O “Facebook” hesabında bildirib ki, Ali Məhkəmə müvəkkili U.Məmmədovun cəza müddətini 5 ilə endirib. 

Cinayət Məcəlləsinin 18 maddəsi ilə təqsirli bilinən və 18 il azadlıqdan məhrum edilən Urfan Məmmədovun ittiham olunduğu maddələr üzrə cinayət işinə xitam verilib. Ali Məhkəmə onu yalnız Cinayət Məcəlləsinin 307.3-cü (qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə) maddəsi ilə təqsirli bilib. Yekunda U.Məmmədov 5 il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, U.Məmmədov Yunis Səfərovla birlikdə ittiham olunurdu. Yunis Səfərova ömürlük, digərlərinə isə 18-20 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilib. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO