Rusiya Azərbaycan neftinin daşıma xərclərini artırdı

Rusiya Azərbaycan neftinin daşıma xərclərini artırdı

Hazırda oxunan: Rusiya Azərbaycan neftinin daşıma xərclərini artırdı

41927
Fevralın 18-də SOCAR Rusiyanın “Transneft” şirkəti ilə Xəzər neftinin Bakı-Novorossiysk kəməri ilə daşınması üzrə yeni müqavilə imzalayıb. Bu haqda xəbəri Caspian Barrel SOCAR-dakı qaynaqlardan alıb.

Qaynağın verdiyi xəbərə görə, tərəflər danışıqlar əsasında hər iki tərəfi qane edən kommersiya şərtlərini razılaşdırıb. 

“Transneft” 2007-ci ilin sentyabrından bugünə qədər Azərbaycan neftini Rusiya ərazisindən hər tonu 15,67 ABŞ dollarına daşıyırdı. Bir müddət öncə isə Rusiya tarifi 2 dəfə artırmaq niyyətində olduğunu açıqlamışdı. Hələlik SOCAR yeni tarif haqqında bilgi vermir. 

Yada salaq ki, fevralın 14-də Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 1996-cı il yanvarın 18-də imzalanan neft daşımaları üzrə hökumətlərarası müqavilənin müddəti bitmişdi. Bu səbəbdən fevralın 15-dən SOCAR Bakı-Novorossiysk kəməri ilə daşıdığı nefti Bakı-Tiflis-Ceyhan kəmərinə yönləndirmişdi.

Onu da vurğulayaq ki, bir sıra ekspertlər SOCAR-ın Bakı-Novorossiysk kəmərindən imtina edəcəyi haqqında proqnozlar səsləndirmişdilər. Ekspertlər bildirirdilər ki, Rusiyanın daşıma xərclərini iki dəfə bahalaşdırması Azərbaycanın iqtisadi maraqlarına uyğun deyil.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO