SON DƏQİQƏ: Qubada ağır yol qəzası – 4 nəfər öldü - FOTO

Hazırda oxunan: SON DƏQİQƏ: Qubada ağır yol qəzası – 4 nəfər öldü - FOTO

41913

Quba rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə Quba-Xaçmaz yolunun rayonun Zərdabi qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Alekseyevka kənd sakini, 1973-cü il təvəllüdlü Kamil Atabala oğlu Allahverdiyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobil hərəkətdə olarkən yoldan çıxıb və ağaca dəyib.

Qəza zamanı sürücü və iki sərnişin ölüb, daha iki nəfər isə ağır yaralanıb. Yaralılar Quba Müalicə Dioqnostika Mərkəzinə çatdırılıblar. Lakin onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO