Özbəkistan Qarabağda məktəb tikəcək - ƏTRAFLI

Hazırda oxunan: Özbəkistan Qarabağda məktəb tikəcək - ƏTRAFLI

41843

Daşkənd və Bakı arasında danışıqlar gedir. Mövzu Özbəkistanın Qarabağda reallaşdırmaq istədiyi layihələrdir.

Bizim.Media xəbər verir ki, Özbəkistanın ölkəmizdəki səfiri Bahrom Aşrafxanov azad olunan ərazilərdəki bərpa işlərində Özbəkistanın da iştirak edəcəyini vurğulayıb.

Onun sözlərinə görə, bunu martın 31-də Türk Şurasındakı çıxışı zamanı Özbəkistanın prezidenti də bildirib.

Özbəkistan tarixi-mədəni abidələr, məscidlərin yenidən qurulması ilə yanaşı, Qarabağda məktəb də inşa etmək niyyətindədir. 

Hazırda bu istiqamətdə danışıqlar gedir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO