Daxili Qoşunların komandanı tapşırıqlar verdi 

Hazırda oxunan: Daxili Qoşunların komandanı tapşırıqlar verdi 

0:00
0:00
41608

Daxili Qoşunların (DQ) Baş İdarəsində Hərbi Şuranın DQ-ın qoşun təsərrüfatının qış mövsümünə hazırlığının vəziyyətinə həsr olunan növbəti iclası keçirilib. 

Bu barədə Bizim.Media-ya DQ-nin Mətbuat Xidmətindən məlumat verilib. 

Daxili qoşunlar komandanının müavini Şahin Məmmədov bildirib ki, qoşun təsərrüfatının qış mövsümünə hazırlığı şəxsi heyətin maddi-məişət və mədəni tələbatlarının ödənilməsində, kazarma-yaşayış, texniki və tibbi təyinatlı obyektlərin, silah, texnika və avadanlıqların hazırlığında, maddi-texniki vasitələrin qorunub saxlanılmasında, ümumilikdə, qoşunların hərtərəfli təminatında vacib məsələlərdəndir.  

Qışa hazırlıq işlərinin planlı şəkildə aparılması məqsədilə, daxili işlər nazirinin müavini - daxili qoşunların komandanının müvafiq əmrilə “2021-ci ildə Daxili Qoşunların Baş İdarəsində, Ali Hərbi Məktəbində, Təlim Mərkəzində və hərbi hissələrində qoşun təsərrüfatının qış mövsümünə hazırlığı üzrə tədbirlər planı” təsdiq edilib.  

Qış mövsümünə keçidlə əlaqədar qoşunların şəxsi heyəti mövsümi geyim əmlakları ilə təmin olunub, ərzaq məhsullarının tədarük edilməsi, normalara uyğun şəxsi heyətə çatdırılması, xörəklərin keyfiyyəti, əsgər yeməkxanalarının və iaşə obyektlərinin sanitar vəziyyəti nəzarətdə saxlanılıb, xidməti heyvanlar arasında baytar-profilaktiki və müalicə tədbirləri həyata keçirilib. 

General-leytenant Ş.Məmmədov qış mövsümünə hazırlıqla əlaqədar şəxsi heyətin maddi-texniki və tibbi təminatı, sosial-məişət şəraitinin yaxşılaşdırılması və texnikanın istismarı üzrə tədbirlər planında nəzərdə tutulan işlərin tam olaraq başa çatdırılması üçün vəzifəli şəxslərə tapşırıqlarını verib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO