"Azərsu" ittihamlara cavab verdi

Hazırda oxunan: "Azərsu" ittihamlara cavab verdi

36573

 Azərbaycanın rayonlarında “Azərsu” tərəfindən, daha doğrusu bu qurumun sifarişi əsasında podratçı və subpodratçı şirkətlər tərəfindən aparılan yenidənqurma işlərinin, su və kanalizasiya xətlərinin çəklişinin ləng aparıldığı barədə həm mətbuatda, həm də həmin rayon əhalisi arasında tez-tez giley-güzar səsləndirilir. Bildirilir ki, şirkətlər rayon mərkəzlərini qazıb bərbad hala salsalar da bu işi operativ görmək əvəzinə aylarla yubadırlar, nəticədə rayon mərkəzləri döyüş meydanını xatırladır, əhalinin rahat hərəkəti mümkünsüz hala gəlir.

Ancaq “Azərsu”da bu ittihamla razılaşmırlar və qurum rəsmiləri deyir ki, genişmiqyaslı işlər aparıldığından bu cür mənzərə və yanlış təsəvvür  yaranır. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Moderator.az-a açıqlamasında bildirir ki, tezliklə bu işlərin başa çatması planlaşdırılır və narahatçılığa heç bir əsas yoxdur: “Hazırda “Azərsu” ASC-nin sifarişi əsasında 24 şəhər və rayon mərkəzində su və kanalizasiya layihələri icra olunur. Bundan başqa 8 şəhərdə meliroasiya və 6 şəhərdə Ərazilərin Bərpa Agentliyi layihəni icra edir.”

Fürsətdən istifadə edib “supulu”nda yığım faizlərinin dinamikası barədə də “Azərsu” rəsmisindən statistik məlumat aldıq. Bildirdi ki, yığım faizi bu ilin 9 ayına görə 88,5 faizdir. 2012-nin müvafiq dövründə bu rəqəm 80 faiz, 2011-ci ildə 77 faiz, 2010-cu ildə isə 70 faiz olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO