Prezidentlə xanımından məsciddə nümunəvi addım - FOTO

Prezidentlə xanımından məsciddə nümunəvi addım - FOTO

Hazırda oxunan: Prezidentlə xanımından məsciddə nümunəvi addım - FOTO
3350
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində olublar.

Bizim.Media-nın məlumatına görə, dövlət başçısı və xanımı səfər zamanı Ağdamın Cümə məscidini də ziyarət ediblər.

Ziyarət zamanı xüsusi bir məqam diqqətdən yayınmayıb. Belə ki, İlham Əliyevlə Mehriban Əliyeva məscidə daxil olarkən ayaqqabılarını çıxardıblar. Düzdü, bu, dini qaydalara görə, atılan doğru addımdır.

Ancaq məsələ burasındadır ki, 27 il işğal altında qalan şəhərin məscidi erməni barbarları tərəfindən dağıdılıb, içi sökülüb. Mənfur düşmənin bu addımı İslam dininə qarşı törədilmiş barbarlıqdan başqa bir şey deyil.

Budəfəki mənzərə isə tamam fərqlidir. Dövlət başçısı ilə xanımı xalçaları sökülmüş, içərisi toz-torpaq olan məscidə ayaqyalın daxil olmaqla İslam dininə və tarixi dini abidələrə ehtiramını, hörmətini bir daha nümayiş etdiriblər.

Ermənistandan fərqli olaraq, Azərbaycan tolerant ölkədir və burada dini ayrıseçkilik edilmir, bütün dinlərə hörmətlə yanaşılır.

Elə bunun məntiqi nəticəsidir ki, Bakı şəhərinin mərkəzində Azərbaycan dövləti tərəfindən Erməni Kilsəsi bərpa edilib və insanların sərbəst istifadəsinə verilib.

Maddi-mədəni irsə dəyər verilməsi, tarixi-dini abidələrimizin, o cümlədən kilsə, sinaqoqların bərpası və yenidən qurulması Azərbaycan dövlətinin bu sahədə həyata keçirdiyi siyasətin tərkib hissəsidir.

Bundan başqa, dövlət səviyyəsində bəyan edilib ki, işğaldan azad edilən ərazilərdə qalan Xristian dininə aid kilsələr, abidələr qorunub saxlanılacaq. (Qafqazinfo.az)

Bizim.Media

Prezidentlə xanımından məsciddə nümunəvi addım - FOTO - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO