Heydər Əliyev Mərkəzi Türkiyə bayrağına büründü - VİDEO

Heydər Əliyev Mərkəzi Türkiyə bayrağına büründü - VİDEO

Hazırda oxunan: Heydər Əliyev Mərkəzi Türkiyə bayrağına büründü - VİDEO
32251
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyənin bayrağı videoproyeksiya olunub.

Bizim.Media xəbər verir ki, meşə yanğınlarına qarşı mübarizədə Azərbaycanın dəstəyini nümayiş etdirmək məqsədilə avqustun 11-də Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyə Respublikasının bayrağı videoproyeksiya olunub.

Türkiyə-Azərbaycan qardaşlığını, birlik və bərabərliyini nümayiş etdirmək məqsədilə təşkil olunan tədbirdə Azərbaycanda fəaliyyət göstərən türk QHT-ləri də iştirak ediblər. Həmçinin səfirlik və bağlı quruluşların təmsilçiləri ailə üzvlərilə birlikdə bu dəstək və həmrəylik tədbirində iştirak etmək üçün Heydər Əliyev Mərkəzinin qarşısına gəliblər.

Xatırladaq ki, iyulun 28-dən Türkiyədə başlayan meşə yanğınları 46 vilayətə ziyan vurub.

Bu faciəvi hadisə nəticəsində 8 nəfər vəfat edib, çoxlu sayda heyvan ölüb, minlərlə insan evindən didərgin düşüb, minlərlə ağac, çiçək, kol və başqa bitki örtüyü məhv olub. Türkiyəni bürüyən yanğınların söndürülməsi üçün Azərbaycan, Ukrayna, Rusiya, İran, ABŞ, Avropa İttifaqı və başqa dövlətlər yardım ediblər. 

Bizim.Media

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO