I və IV qrupun qəbul imtahanlarının nəticələri açıqlandı - YENİLƏNİB

I və IV qrupun qəbul imtahanlarının nəticələri açıqlandı - YENİLƏNİB

Hazırda oxunan: I və IV qrupun qəbul imtahanlarının nəticələri açıqlandı - YENİLƏNİB
32074
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dövlət İmtahan Mərkəzi tərəfindən I və IV ixtisas qrupları üzrə 27-28 iyul 2021-ci il tarixlərində keçirilmiş qəbul imtahanlarının nəticələri elan edilib.

Bizim.Media xəbər verir ki, imtahanda iştirak edən abituriyentlər imtahan nəticələri, “cavab kartı” və “cavab vərəqi”nin qrafik təsvirləri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə buradan tanış ola bilərlər. 

Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 33 610 abituriyentdən (I qrup üzrə 28 605 nəfər, IV qrup üzrə 5 005 nəfər) 1878 nəfəri (I qrup üzrə 1 696 nəfər, IV qrup üzrə 182 nəfər) imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 26 nəfəri qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.


***

Dövlət İmtahan Mərkəzi iyulun 27-28-də keçirilən I və IV qrup üzrə qəbul imtahanlarının nəticələri açıqlayıb.

Bizim.Media xəbər verir ki, bununla bağlı abituriyentlərə SMS bildiriş göndərilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO