DİN-dən qazinin döyülməsi barədə iddialara CAVAB

DİN-dən qazinin döyülməsi barədə iddialara CAVAB

Hazırda oxunan: DİN-dən qazinin döyülməsi barədə iddialara CAVAB
28177
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sosial şəbəkələrdə Nizami metrostansiyası yaxınlığında Post Patrul Xidmətinin əməkdaşları tərəfindən qazi olduğu deyilən Elvin Bədəlovun döyülməsi iddiası yayılıb.

Bildirilir ki, yol kənarında oturmuş E.Bədəlov PPX əməkdaşları tərəfindən döyülüb və halı pisləşdiyi üçün ona təcili yardım çağırılıb. O da qeyd olunur ki, Bədəlovla həyat yoldaşı bölmədə 3 saat saxlanılıb və onlara təzyiq göstərilərək bir-birilərindən şikayətçi olmamaları haqda izahat alınıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov yayıb.

O, açıqlamasında iddiaların həqiqəti əks etdirmədiyini bildirib:

"Ərazidə olan vətəndaşlar Post Patrul Xidmətinin əməkdaşlarına müraciət edərək bir qadın və kişinin mübahisə etdiyini bildiriblər. Polis əməkdaşları mübahisə edən həmin şəxsləri ərazi üzrə 27-ci Polis Bölməsinə gətirmək istəyərkən E.Bədəlov adlı şəxs müqavimət göstərərək getmək istəməyib və özünü yerə yıxıb. Bu zaman ikinci Post Patrul Xidməti avtomobili avtomobili əraziyə çağırılıb.

Onlar bölməyə gətirildikdən sonra məlum olub ki, onlar bir ay öncə ailə həyatı qurublar və mübahisə etmələrinin səbəbi qadının həyat yoldaşından icazəsiz mağazaya getməsidir.

Hər iki şəxs Polis Bölməsində barışdıqdan sonra izahat yazaraq şikayətçi olmadıqlarını bildiriblər və sərbəst buraxılıblar".  

Bizim.Media

DİN-dən qazinin döyülməsi barədə iddialara CAVAB - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO