Tələbələrdən xəbərsiz təqaüdlərindən tutulan PULLAR - Qanunidirmi?

Tələbələrdən xəbərsiz təqaüdlərindən tutulan PULLAR - Qanunidirmi?

Hazırda oxunan: Tələbələrdən xəbərsiz təqaüdlərindən tutulan PULLAR - Qanunidirmi?
274367
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Hər ay tələbə təqaüdlərindən növündən asılı olaraq 3-4 manat məbləğində pul tutulur.

Məsələ burasındadır ki, tələbələrin çoxu bilmir ki, məbləğ niyə tutulur və ya hara gedir. 

Qeyd edək ki, bu məbləğ hər universitetin özündə olan Tələbə Həmkarlar İttifaqı (THİK) üçün yığılır. Ancaq tələbələrin əksəriyyəti isə bu ittifaqa nə zaman üzv olduqlarını bilmirlər, deyirlər ki, onlardan bunu soruşan belə olmayıb. 

Bəs onlar nə etməlidirlər? Ümumiyyətlə bu hal qanunvericiliyə uyğundur?

Bizim.Media mövzuyla əlaqədar Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri, hüquqşünas Sahib Məmmədovun münasibətini öyrənib.  

O, bildirib ki, əgər tələbədən soruşmadan onu hər hansı bir təşkilata üzv ediblərsə, bu, qanunsuzdur. 
 

“Həmkarlar İttifaqında birləşmə müstəqildir. Tələbə olduqda isə tələbələri avtomatik, soruşmadan ittifaqa üzv edirlər. Ancaq əgər tələbədən soruşmadan onu THİK-ə və ya başqa ictimai təşkilata üzv edirlərsə, bu qanunsuzdur”. 


Sahib Məmmədov qeyd edib ki, tələbələr ərizə yazaraq, THİK-ə üzv olmaq istəmədikləri barədə universitetdə mühasibatlığa və təşkilata təqdim etməlidirlər.  

Nəzrin Mirzəyeva, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO