Niyə manatın kodu “AZM” deyil, “AZN”-dir?

Niyə manatın kodu “AZM” deyil, “AZN”-dir?

Hazırda oxunan: Niyə manatın kodu “AZM” deyil, “AZN”-dir?
274313
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Bu gün məndən soruşdular ki, niyə manatın hərfi kodu “AZM” deyil, “AZN”-dir. Məntiqlə sonda “M” olmalıdır axı. Məsələ burasındadır ki, 20 il əvvəl denominasiya oldu və nəticədə 5000 köhnə manat 1 yeni manata bərabər oldu. Köhnə manatın kodu “AZM” idi, məhz fərqləndirmək üçün yenisini “AZN” adlandırdılar”.

Bizim.Media xəbər verir ki, bu barədə iqtisadçı Əkrəm Həsənov sosial şəbəkə hesabında qeyd edib.

“‘N’ – “new”, yəni yeni deməkdir. 2005-ci ildə Mərkəzi Bankın Ümumi Qanunvericilik Şöbəsinin rəisi olaraq denominasiya üzrə işçi qrupun üzvü idim. Yeni kod adı axtarırdıq. Mən “ARM” təklif etmişdim:
 

Azərbaycan Respublikasının manatı. Hamı da razılaşmışdı. Birdən sanki məni cərəyan vurdu və təklifimi geri götürdüm: ARM bədnam qonşumuzu yaman xatırladırdı.


Yekunda AZN üzərində dayandıq. Bu valyuta düz 9 il sabit və uğurlu oldu - 2015-ci ilin fevral devalvasiyasınadək. Yəni AZN ömrünün 10-cu ilində iflasa uğradı… 2017-ci ilin fevral ayından etibarən AZN yenə də sabitdir. Gələn il bunun da 9 ili tamam olacaq…” – o bildirib.

 

Niyə manatın kodu “AZM” deyil, “AZN”-dir? - foto 1


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO