Gəncədə küçədə söyüş söyən tiktoker HƏBS OLUNDU

Gəncədə küçədə söyüş söyən tiktoker HƏBS OLUNDU

Hazırda oxunan: Gəncədə küçədə söyüş söyən tiktoker HƏBS OLUNDU
273938
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gəncədə küçədə söyüş söyən tiktoker həbs olunub.

Bizim.Media lent.az-a istinadən xəbər verir ki, 47 yaşlı Murad Rüstəmov şəhər ərazisində polis şöbəsinin yaxınlığında mobil telefonla danışarkən uca səslə söyüşlər söyüb.
 

Məlumata əsasən, buna görə polis əməkdaşları ona irad bildirəndə isə qanuni tələblərinə məhəl qoymayaraq, hərəkətlərinə davam edib.


Nəticədə şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis və ya hərbçinin tələbinə tabe olmama) maddələri ilə protokol tərtib olunub.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, 6 il əvvəl Ukraynadn Azərbaycana gəlib:

“Bir neçə ildir tiktokda 69 min izləyicisi olan səhifəmdə din əleyhinə paylaşımlar edirəm. Paylaşımlarım dindarların hissiyatına toxunur. Buna görə də, dindarlar məni söyürlər və hətta 3 dəfə həyatıma sui-qəsd olub. Həmin hadisələrlə bağlı polis araşdırma da aparıb”.

Murad Rüstəmov əlavə edib ki, barəsindəki ittihamlarla razı deyil. Gəncə şəhər Məhkəməsində hakim Zaman İmanovun sədrliyi ilə keçirilən prosesdə Murad Rüstəmov barəsində 30 gün müddətinə inzibati həbs cəzası təyin olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO