"Bir qadının xoşbəxt olması üçün kişi onu dəli kimi sevməlidir..."

Hazırda oxunan: "Bir qadının xoşbəxt olması üçün kişi onu dəli kimi sevməlidir..."

273709
"Çox şükür ki, sağlamam. Xəstəliyimdən 8 il keçib. Səhhətimdə fəsadlar olur. Təzyiq və başqa hallar yaşayıram. Ona görə də gedib 6 aydan bir yoxlanıram. Özümə qarşı daha həssas olmağa başlamışam".

Bu sözləri aktrisa Zümrüd Qasımova "Faydalı saat" verilişində deyib. Xərçəng xəstəliyindən əziyyət çəkən aktrisa qidalanmasından danışıb:

"Çox meyvə yeyirəm. Oturub kiloqramla yeyərəm. Evdə meyvə olmasa, elə bil nəsə çatışmır. Ona görə də kökəlirəm. Aktrisa arıq olmalıdır. Səhnədə çəkim mənə mane olur. Fitnesə gedirəm, amma davamlı yox. Tənbəllik edirəm".

Şəxsi həyatından danışan Zümrüd həyat yoldaşının diqqətindən söz açıb:

"Böyük sevgi olanda qadın hər şeyə qalib gəlir. Xoşbəxtəm ki, sevgi ilə əhatə olunmuşam. Bir qadının xoşbəxt olması üçün kişi onu dəli kimi sevməlidir. Daim diqqət olmalıdır. Maraqlanıb, nə yedin, nə içdin soruşulmalıdır". (Axşam.az)xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO