Tiktoker fahişəliyə cəlb etməkdə təqsirli bilindi - Hökm

Tiktoker fahişəliyə cəlb etməkdə təqsirli bilindi - Hökm

Hazırda oxunan: Tiktoker fahişəliyə cəlb etməkdə təqsirli bilindi - Hökm
272352
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Tiktoker Mahirə Marandskayanın fahişəliyə cəlbetmə ittihamı ilə mühakimə edildiyi məhkəmə işi yekunlaşıb.

Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, onun işinə Abşeron Rayon Məhkəməsində baxılıb.

İş üzrə bir neçə qadın zərərçəkmiş qismində tanınıb.

Onların sırasında tələbə qızların da olduğu iddia olunur. İttihama görə, tiktoker həmcinslərini pul qarşılığında müxtəlif şəxslərlə intim münasibətə cəlb edib.

Mahirə istintaq müddətində həbsdə olmayıb. Azyaşlı övladı olması nəzərə alınaraq onun barəsində alternativ qətimkan tədbiri seçilmişdi. Sonda da bu vəziyyət nəzərə alınıb.

Məhkəmənin hökmü ilə M.Marandskaya gəlir əldə etmək məqsədilə fahişəliyə cəlb etməkdə təqsirli bilinərək 2 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Amma övladı 14 yaşına çatana qədər cəzanın çəkilməsi təxirə salınıb.

Qeyd edək ki, tiktoker Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən ifşa edilmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO