Gecə qıcolma ilə oyanırsınızsa, diqqət! - Açıqlama

Gecə qıcolma ilə oyanırsınızsa, diqqət! - Açıqlama

Hazırda oxunan: Gecə qıcolma ilə oyanırsınızsa, diqqət! - Açıqlama
272100
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gecə yaranan ayaq qıcolmaları ürək və beyin xəstəliklərinin siqnalı ola bilər.

Bizim.Media xəbər verir ki, bu barədə rusiyalı nevroloq Naira Qurbanova "gazeta.ru"ya açıqlamasında bildirib.

"Qıcolma əzələlərin ixtiyarsız və çox vaxt ağrılı yığılmasıdır.

Ən çox baldır əzələlərində baş verən bu hal nadir hallarda bud və ayaq barmaqlarında da müşahidə olunur. Yüngül səbəblər arasında maye çatışmazlığı, güclü fiziki yüklənmə, temperatur dəyişiklikləri, duzun çox qəbulu və elektrolit balansının pozulması göstərilir".

Əgər qıcolmalar mütəmadi təkrarlanırsa, bu periferik sinirlərin zədələnməsi, onurğa və beyin xəstəlikləri, endokrin orqanlarda pozğunluqların əlaməti ola bilər. Həmçinin belə simptomlar qaraciyər, böyrək, ürək və damar patologiyaları ilə əlaqədar da yarana bilər.

Nevroloq əlavə edib ki, bəzən qıcolmalar müəyyən dərmanların qəbulundan və ya genetik meyllilikdən qaynaqlana bilər.

Həkim valideynləri və böyükləri xəbərdar edib ki, bu simptomu yüngül qəbul etmək olmaz. Xəstəliyin erkən diaqnozu üçün vaxtında mütəxəssisə müraciət etmək və lazımi müayinələrdən keçmək vacibdir. (Milli.Az)

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO