İstanbulda Azərbaycan məktəbi açılacaq

İstanbulda Azərbaycan məktəbi açılacaq

Hazırda oxunan: İstanbulda Azərbaycan məktəbi açılacaq
271772
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Növbəti tədris ilində İstanbulda Azərbaycan məktəbi istifadəyə veriləcək.

Bizim.Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə müsahibəsində deyib. 

Nazir bildirib ki, İstanbulda məktəbin yerləşəcəyi bina Türkiyə tərəfindən ayrılıb: 

“Hazırda məktəb binasında təmir işləri gedir. İstanbulda Azərbaycan vətəndaşı çox olduğu üçün buna ehtiyac olduğunu düşündük. Məktəbdə Türkiyən və Azərbaycan tədrisi məzmunundan istifadə olunacaq. 
 

Azərbaycan məktəbi orada yaşayan soydaşlarımızın uşaqlarının ana dilində və milli ruhda təhsil almasına, həm də iki ölkə arasında təhsil əməkdaşlığının daha da güclənməsinə xidmət edəcək. 


Bu imkan iki qardaş ölkə arasında təhsil əməkdaşlığının daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO