Xankəndidə restoranda müştəriləri təhqir edən şəxs həbs olundu

Xankəndidə restoranda müştəriləri təhqir edən şəxs həbs olundu

Hazırda oxunan: Xankəndidə restoranda müştəriləri təhqir edən şəxs həbs olundu
269621
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xankəndi şəhərində restoranda sərxoş vəziyyətdə müştəriləri təhqir edən şəxs həbs olunub.

Bizim.Media xəbər verir ki, hadisə şəhər ərazisindəki restoranlardan birində baş verib.

Yerli tikinti şirkətlərindən birində fəhlə işləyən 1993-cü il təvəllüdlü Seyran Xasıyev (adı və soyadı şərtidir) axşam saatlarında iş yoldaşları ilə birlikdə restorana gələrək məclis qurub.

Məclisdə həddindən çox spirtli içki qəbul edən Seyran içkinin təsirindən özünü idarə edə bilməyib və restorandakı müştəriləri təhqir edib.
 

Hadisə yerinə gələn polis əməkdaşları onu intizama dəvət etsələr də, o, polisə məhəl qoymayıb və əməllərinə davam edib. Polis əməkdaşlarının səyi nəticəsində Seyran saxlanılaraq barəsində protokol tərtib edilib və məhkəməyə göndərilib.


Xankəndi Şəhər Məhkəməsinin qərarı ilə S.Xasıyev 15 sutka həbs edilib. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO