Restoranda qanunsuz saxlanılan heyvanlar XİLAS EDİLDİ - FOTO/VİDEO

Restoranda qanunsuz saxlanılan heyvanlar XİLAS EDİLDİ - FOTO/VİDEO

Hazırda oxunan: Restoranda qanunsuz saxlanılan heyvanlar XİLAS EDİLDİ - FOTO/VİDEO
268746
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

IDEA İctimai Birliyinin təşəbbüsü ilə Daxili İşlər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının birgə iştirakı ilə Xaçmaz rayonunda fəaliyyət göstərən iaşə obyektlərindən birində araşdırma aparılıb.

Bu barədə Bizim.Media-ya İctimai Birlikdən məlumat verilib.
 

Bildirilib ki, araşdırma nəticəsində rayonun Müşkür kəndi ərazisində yerləşən "Çənlibel" restoranında qanunsuz olaraq bir sıra fauna növlərinin saxlanılması faktı aşkarlanıb.


Bakı Zooloji Parkının baytar mütəxəssisləri tərəfindən ərazidən adı Qırmızı Kitabına salınmış 1 adi flaminqo (qızılqaz), 2 harayçı qu quşu və 3 şinşilla götürülüb. Xilas edilən heyvanların ilkin müayinəsi zamanı, təbii miqrasiya prosesinə mane olmaq məqsədilə flaminqo və harayçı qu quşlarının qanadlarının uclarının kəsildiyi faktı aşkarlanıb.

Hal-hazırda heyvanların klinik şəraitdə müayinə və reabilitasiyası davam etdirilir.

IDEA İctimai Birliyi vətəndaşları təbiəti qorumağa bir daha çağırır və vəhşi heyvanların qanunsuz olaraq saxlanması hallarına yol verilməməsini, bu kimi hallarla rastlaşdıqda isə IDEA İctimai Birliyinin 1113 "Təbiətə Təcili Yardım" qaynar xəttinə və ya rəsmi sosial media kanallarına məlumat vermələrini xahiş edir.




Restoranda qanunsuz saxlanılan heyvanlar XİLAS EDİLDİ - FOTO/VİDEO - foto 1
Restoranda qanunsuz saxlanılan heyvanlar XİLAS EDİLDİ - FOTO/VİDEO - foto 2
Restoranda qanunsuz saxlanılan heyvanlar XİLAS EDİLDİ - FOTO/VİDEO - foto 3
Restoranda qanunsuz saxlanılan heyvanlar XİLAS EDİLDİ - FOTO/VİDEO - foto 4
Restoranda qanunsuz saxlanılan heyvanlar XİLAS EDİLDİ - FOTO/VİDEO - foto 5
Restoranda qanunsuz saxlanılan heyvanlar XİLAS EDİLDİ - FOTO/VİDEO - foto 6
Restoranda qanunsuz saxlanılan heyvanlar XİLAS EDİLDİ - FOTO/VİDEO - foto 7
Restoranda qanunsuz saxlanılan heyvanlar XİLAS EDİLDİ - FOTO/VİDEO - foto 8

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO